İran tarixində bir ilk - Qadınlar futbolu şərh edəcəklər

İran tarixində bir ilk - Qadınlar futbolu şərh edəcəklər

40 il ərzində iranlı qadın azarkeşlərə futbol oyunlarını izləmək qadağan edilmişdi.

BiG.AZ-ın məlumatına əsasən, İran tarixində ilk dəfə olaraq futbol yarışının şərhçiləri qadınlar olacaq. Bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata əsasən, zərif cinsin nümayəndələri Çempionlar Liqasının oyunları çərçivəsində “Çelsi” və “Ayaks” komandalarının qarşılaşmasını şərh edəcəklər. Oyun 23 oktyabr tarixində Amsterdamda baş tutacaq. Radio efirində isə oyunu Gelare Nazemi və Nilufər Ardalan işıqlandıracaqlar.

Mənbə: big.az