Yeni transfer "Çelsi"yə qoşuldu - FOTO

Yeni transfer "Çelsi"yə qoşuldu - FOTO

Hakim Ziyeş artıq "Çelsi"nin düşərgəsindədi.

Fanat.Az xəbər verir ki, "Çelsi" "Twitter" hesabında Ziyeşin düşərgədən fotosunu paylaşıb və əlavə edib: "Çelsi"yə xoş gəldin, Hakim!"

"Zadəganlar" fevral ayında 40 milyon avro qarşılığında 27 yaşlı futbolçunu heyətə qatdığını bəyan etmişdi. Ziyeşin müqaviləsi 5 illikdi.

2019-20 mövsümündə "Ayaks"ın heyətində Erediviziyada 21 matçda meydana çıxan mərakeşli vinqerin aktivində 6 qol, 12 məhsuldar ötürmə var.

Mənbə: fanat.az