"Liverpul" klubunun baş məşqçisi Yurqen Klop komandadan ayrılacağı tarixi açıqlayıb.
Metbuat.az xəbər verir ki, 30 il sonra kluba İngiltərə çempionluğu yaşadan məşqçi müqaviləsi bitdikdən sonra ayrılacağını deyib:
"Klubda daha 4 ilim qalıb, 2024-də müqaviləm başa çatacaq. Bundan sonra bir il ara verəcəyəm"
Qeyd edək ki, Klop "Liverpul" ilə Klublararası Dünya Kuboku, Çempionlar liqası, UEFA Super Kuboku və İngiltərə çemionluğunu qazanıb.
Mənbə: metbuat.az