Ciddi böhranla üzləşən "Qalatasaray" avrokuboklardan uzaq qala bilər

Ciddi böhranla üzləşən "Qalatasaray" avrokuboklardan uzaq qala bilər

"Qalatasaray"ın Köhnün transferindən "Hannover 96"ya qalan 2.5 milyon avronu ödəmədiyi təqdirdə avrokuboklardan uzaqlaşdırıla biləcəyini iddia olunur.

Türkiyə mediası "sarı-qırmızılılar"ın ciddi böhranla üzləşdiyini və FIFA tərəfindən xəbərdarlıq aldığını bildirib.

"Qalatasaray"ın 2023-2024-cü il mövsümünün fasiləsində "Hannover 96"dan 3.5 milyon avroya heyətinə qatdığı Derrik Köhn "sarı-qırmızılılar"ın probleminə səbəb olub. "Qalatasaray"ın Qabriel Saranın transferi üçün 18 milyon avro ödəyəcəyindən xəbərdar olan "Hannover 96" rəhbərliyi qəzəblənib. Daha sonra isə Türkiyə klubundan FIFA-ya şikayət olunub.

"Qalatasaray" rəhbərliyi futbolçunun ödənişini ən qısa müddətdə etməyəcəkləri təqdirdə avrokuboklardan kənarlaşdırılma təhlükəsi ilə üzləşəcək.

Mənbə: oxu.az