"Milan" qışda "dünyanın ən istedadlı" futbolçusunu transfer edəcək

"Milan" qışda "dünyanın ən istedadlı" futbolçusunu transfer edəcək

İtaliya A Seriyası nəhəngi qış dönəmində transfer yarışlarına geri dönməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, "Milan"nın icraçı direktoru İvan Qazidis klubun transfer hədəflərindən danışıb. O, bildirib ki, "Milan" heyətini daha da gücləndirmək üçün qış transfer pəncərəsi açılan kimi yeni keçidlərə diqqət edəcək. Klubun transfer strategiyasından bəhs edən Qazidis qeyd edib ki, "dünyanın ən istedadlı" futbolçularını "Milan"da görəcəyik:

"Bizim strategiyamız aydındır: dünyanın ən istedadlı futbolçuları ilə müqavilə imzalamaq və yollarına bizimlə davam etməyə çalışmaq".

Mənbə: offsideplus.az