Gəncəli millət vəkilləri "Kəpəz"i ziyarət edib - FOTOLAR

Gəncəli millət vəkilləri "Kəpəz"i ziyarət edib - FOTOLAR

"Kəpəz”in Azərbaycan Kubokunda "Sabah”a qarşı matçda qələbə qazanaraq mərhələ adlaması böyük əks-səda doğurub.

Sport7.az xəbər verir ki, komandanın uğuruna azarkeşlər qədər sevinən gəncəli millət vəkilləri Naqif Həmzəyev, Müşfiq Cəfərov, eləcə də Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, "Gəncə” İdman Klubunun direktoru Elvar Osmanov kollektivə baş çəkiblər. Məşqdə komanda ilə görüşən qonaqlar əldə olunan qələbə münasibəti ilə heyət üzvlərini təbrik edib, kollektivə qarşıdakı oyunda uğurlar arzulayıblar. "Kəpəz”in Premyer Liqa klubu üzərində qələbəsinin Gəncə futbolunun potensialından xəbər verdiyi, gələcəkdə komandadan daha böyük gözləntilərin olduğu qeyd olunub.

 

"Sarı-göylər”in adından çıxış edən icraçı direktor İlqar Nadiri, baş məşqçi Yaşar Vahabzadə və kapitan Əli Səmədov xoş sözlərə görə minnətdarlıq edib, bu ziyarətin futbolçulara böyük motivasiya verəcəyini bildiriblər.

Millət vəkilləri komandanın "Keşlə” ilə kubok matçını və Birinci Divizionun ikinci dövrəsində keçirəcəyi oyunları diqqətdə saxlayacaqlarını vurğulayaraq mövsümü uğurlu nəticə ilə başa vurmağı arzu ediblər.

Mənbə: sport7.az