Ağcabədidə şahmat turnirində 70-dən çox idmançı mübarizə aparıb

Ağcabədidə şahmat turnirində 70-dən çox idmançı mübarizə aparıb

Ağcabədi, 8 noyabr, AZƏRTAC

Ağcabədidə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə sürətli şahmat üzrə rayon turniri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi yarışda 70 nəfərdən çox şahmatçı mübarizə aparıb.

Turnirin sonunda qaliblərə diplomlar təqdim edilib.

Mənbə: azertag.az