“Qalatasaray”a üç qol vuran futbolçu turun oyunçusu seçilib

“Qalatasaray”a üç qol vuran futbolçu turun oyunçusu seçilib

Çempionlar Liqasında qrup mərhələsinin dördüncü turunun ən yaxşı futbolçusu müəyyənləşib.

APA-nın məlumatına görə, İspaniyanın “Real” klubunun futbolçusu Rodriqo turun ən yaxşısı seçilib.

“Qalatasaray”la ev matçında (6:0) üç qol vuran cənubi amerikalı azarkeşlər arasında keçirilən səsvermədə qalib olub. O, digər namizədlər Aşraf Hakimi (“Borussiya” D), Son Xin Min (“Tottenhem”) və Keylor Navasl (PSJ) qabaqlayıb.

Mənbə: apa.az