"Heç kim bu zəfəri kiçik hesab etməməlidir" - APOEL rəsmisi

"Bizim üçün xüsusi gündür və bunu yaxşı nəticə ilə qeyd etmək xoşdur. Heç kim bu zəfəri kiçik hesab etməməlidir. Futbolda önəmli olan nəticədir. Yaxşı oynasanız da, oynamasanız da yaddaşda qalan nəticə olur. Qələbə komandanın xarakterini göstərir. APOEL çətinliyi sevən və bu durumdan çıxmağı bacaran komanda olduğunu sübut etdi. "Düdelanj"a məğlubiyyətdən sonra uğurlu nəticə ilə qrupdakı taleyimizi yaxşılaşdırdıq. Hələ heç nə bitməyib. Üç komandanın da növbəti mərhələ şansı davam edir. Bu üç klub arasında elə böyük fərq yoxdur. Sona qədər mübarizə davam edəcək".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos Avroliqanın qrup mərhələsinin 4-cü turunda evdə "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

O, 5-ci turda "Düdelanj"la səfərdə keçirəcəkləri görüşün finala bərabər olduğunu söyləyib: "Çünki rəqib evdə oynayacaq və üç xal qazanmağa həvəsli olacaq. Onlar da növbəti mərhələni hədəfləyir".

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Maştağada sərxoş piyadanı maşın vurub

SONRAKI XƏBƏR

Səfirlik: Avtoqəzada yaralanan həmvətənlərimizin vəziyyəti diqqət mərkəzindədir - SİYAHI