Azərbaycanın ardından daha bir komanda Dünya Kubokunda iştirakdan imtina edib

Azərbaycanın ardından daha bir komanda Dünya Kubokunda iştirakdan imtina edib

Xəbər verdiyimiz kimi, noyabrın 16-17-də Yaponiyanın Narita şəhərində qadın güləşi üzrə Dünya Kubokunda millimiz iştirak etməyəcək.

Oxu.Az xəbər verir ki, Azərbaycanın ardından, Qazaxıstan millisi də Yaponiyaya getməkdən imtina edib.

Bu səbəbdən yarış səkkiz yox, altı komandanın iştirakı ilə keçiriləcək. A qrupunda Yaponiya, Çin və Ukrayna, B qrupunda isə Rusiya, ABŞ və Monqolustan mübarizə aparacaq.

Qeyd edək ki, Qazaxıstan Nur-Sultanda keçirilən dünya çempionatının nəticəsinə görə altıncı, Azərbaycan isə səkkizinci olub. Məhz bu səbəbdən hər iki komanda Dünya Kubokuna vəsiqə qazanmışdı.

Səbuhi Musayev

Mənbə: www.oxu.az