“Oyunda obyektivlik olmalıdır” - Roberto Bordin

“Oyunda obyektivlik olmalıdır” - Roberto Bordin

Topaz Premyer Liqasının 11-ci turunda “Neftçi” “Keşlə”yə 1:2 hesabı ilə uduzub.

“Qafqazinfo” xəbər verir ki, o, matçdan sonra mətbuat konfransında iştirak edib.

İtalyan çalışdırıcı əvvəlcə matç barədə fikirlərini bildirib:

“Üzgünəm və futbolçularımdan narazı qaldım. Səviyyələrindən aşağı çıxış etdilər. Futbol komanda oyunudur və komanda şəklində uduzub, komanda şəklində qalib gəlirsən. Ümumi oyunumuz yaxşı alınmadı. Hətta 3-cü qolu da buraxa bilərdik. Rəqib təzyiü etdikcə futbolçularım fərdi səhvlər edirdi. Çox yaxşı hazırlaşmışdıq. Oyunda ilk qolu da vurduq. Məğlub olmayıb ən azı bu hesabı qoruya bilmədik”.

Bordin rəqib komandanın oyunçusu Sezar Meza Kollinin oyununa da münasibət bildirib: “Təkcə, Meza Kolli deyil, rəqib futbolçular hamısı yaxşı oynadı. O, fərdi olaraq güclü futbolçudur. Tapşırmışdım ki, qarşısını alsınlar”.

Çalışdırıcı hakimdən də danışıb:

“Ümumi götürsək, oyunda verilən qərarlar obyektiv olmalıdır. Amma bu gün fərqli idi. Bir çox epizodlarda hakim yanlışlığa yol verdi”.

O, məşqçilər arasında yaşanan gərginlikdən də danışıb:

“Oyunda obkyektivlik lazımdır. Sadəcə hakimin qərarlarından irəli gələn etirazlar idi. Mən də bəzi epizodlarda hakimə, rəqibə etiraz edirdim. Bir neçə epizod saya bilərəm”.

Mənbə: qafqazinfo.az