“Ronaldu artıq 3 ildir təkbətəkdə heç kimi aldada bilmir” - Kapello

“Ronaldu artıq 3 ildir təkbətəkdə heç kimi aldada bilmir” - Kapello

Məşhur italyan məşqçi Fabio Kapello "Yuventus"un futbolçusu Kriştianu Ronaldunun "Milan"la oyunda əvəzlənməsinə etiraz etməsinə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 73 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında portuqaliyalı hücumçunun düzgün hərəkət etmədiyini deyib. O, Sarrinin düzgün qərar verdiyini qeyd edib:

"Ronaldunun etdiyi hərəkət doğru deyildi. O, artıq 3 ildir heç kəsi təkbətək dueldə aldada bilmir. Ronaldo yalnız cərimə meydançasında çempiondur. Baş məşqçi Ronaldonu komanda qalib gəlsin deyə əvəzləyib. O isə komanda yoldaşlarına hörmətsizlik etdi".

Xatırladaq ki, matçın 55-ci dəqiqəsində Dibala ilə əvəzlənən Ronaldu Sarriyə etiraz əlaməti olaraq birbaşa paltardəyişmə otağıan gedib.

Mənbə: news.milli.az