““Qarabağ”la matçda təkcə 3 xal yox, 570 min avro qazandılar”

““Qarabağ”la matçda təkcə 3 xal yox, 570 min avro qazandılar”

“Oyundan əvvəlki vəziyyət, bilirsiz, necə idi? Təsəvvür edin, bir neçə saatdan sonra yaxınlarınızdan birinin ad günüdür. Lakin həmin adam məhz yaxın adamların səhvi ucbatından yataqda xəstə yatır. Onu ayağa qaldırmaq öz əlinizdədir, sadəcə, bir az çalışmaq, dərdi tapmaq lazımdır. Eynilə APOEL kimi“.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər philenews.com saytında yer alıb. Sayt APOEL-lə “Qarabağ“ arasında keçirilən son Avroliqa matçı (2:1) barədə bu qeydləri edib:

“Qrup mübarizəsinə iki məğlubiyyətlə başlayıb işini çətinə salan “sarı-göylər”in taleyi öz əlində idi: “Qarabağ”la oyunlarda maksimum nəticə əldə etməli, qrupdan çıxmaq şanslarını yaxşılaşdırmalı, nəticədə ad günündə özünə möhtəşəm hədiyyə etməliydi. Hər iki oyunda inanılmaz xarakter göstərən Tomas Dollun yetirmələri haqq etdiyi qələbəni qazandı.

Qazandıqları təkcə 3 xal yox, həm də 570 min avro oldu.İnsafən, bu pulun böyük hissəsi mükafat kimi Vid Beletsə verilməlidi. Hesab 1:0 azərbaycanlıların xeyrinə olanda sloveniyalı qapıçı ardıcıl üç dəfə komandasını 100 faizlik qoldan xilas etdi.
Bununla da komanda yoldaşlarına “ayılın” mesajını vermiş oldu. Beletsə nə verəcəklər, deyə bilmərəm. Amma “Sampdoriya”ya mütləq nəsə vermək lazımdı. Beletsin transfer hüquqlarını bu klubdan birdəfəlik almaq üçün“.

Mənbə: qafqazinfo.az