Yay idman növləri üzrə növbəti Avropa çempionatının keçiriləcəyi şəhər müəyyənləşib

Yay idman növləri üzrə növbəti Avropa çempionatının keçiriləcəyi şəhər müəyyənləşib

Yay idman növləri üzrə növbəti Avropa çempionatının keçiriləcəyi şəhər müəyyənləşib.

"Report" turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış 2022-ci ildə Almaniyanın Münhen şəhərində baş tutacaq.

Turnirdə atletika, volesiped idmanı, qolf, gimnastika, akademik avarçəkmə və triatlon yarışları olacaq. Avropa çempionatının 11 - 22 avqust tarixində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, yay idman növləri üzrə ilk Avropa çempionatı 2018-ci ildə Şotlandiyanın Qlazqo şəhərində və Almaniyanın paytaxtı Berlində keçirilib.

Mənbə: report.az