“Dəvət mənim üçün sürpriz oldu” - Camalov

“Dəvət mənim üçün sürpriz oldu” - Camalov

“Açığı, milliyə sonradan dəvət almağım gözlənilməz oldu. Mən bunu düşünmürdüm. Əvvəl heyət bəlli idi və sonradan da məni çağırdılar. Sürpriz oldu”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Elvin Camalov deyib.

Eddi İsrafilovla bağlı yaranan problemdən sonra milliyə dəvət alan futbolçu bunu sürpriz adlandırıb. O bildirib ki, yığmada oynamaq arzularından biridir: “Sonuncu dəfə Robert Prosineçki baş məşqçi olarkən yığmaya dəvət almışdım. Təbii ki, xoş hisslər idi. Hər futbolçu istəyər ki, millidə forma geyinsin. Çox şadam ki, bu şansı yenidən əldə etdim”.

Camalov qarşıdakı matçlarda uğurlu nəticə əldə edə biləcəklərinə də inandığını deyib: “Uelsin gücü hamımıza bəllidir. Futbolçuları da top komandalarda çıxış edirlər. Amma bu o demək deyil ki, sakitcə durub tamaşa edəcəyik. Var gücümüzlə oynayıb xal almağa çalışacağıq. Futbolda mümkünsüz heç nə yoxdur. Uelsə qalib də gələ bilərik”.

Mənbə: qafqazinfo.az