Xavyer Aqirre: "Messinin qarşısını almaq üçün 20 mindən çox..."

Xavyer Aqirre: "Messinin qarşısını almaq üçün 20 mindən çox..."

“Messinin qarşısını necə almaq haqda heç bir fikrim yoxdur. Çünki çalışdırdığım heç bir komandam bunu bacarmayıb”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Leqanes”in baş məşqçisi Xavyer Aqirre “Barselona”nın kapitanı Lionel Messi haqda danışarkən deyib.

Meksikalı mütəxəssisin komandası La Liqanın növbəti turunda “Barselona” ilə qarşılaşacaq. Oyun öncəsi İspaniya mətbuatına açıqlama verən Aqirre rəqibin argentinalı hücumçusunun qarşısını almaqda aciz olduqlarını bildirib:

“Onun üçün cərimə zərbələri penalti kimidir. Bu günlərdə köməkçilərimdən biri təklif etdi ki, cərimə zərbəsi olarsa, Messinin qarşısına canlı sədd qoymayaq. Ancaq bildirdim ki, əgər Messini qapıçımız İvan Kuelyarla təkbətək qoysam və 10 top versəm, Messi 11 qol vuracaq. Buna görə razılaşmadım.
Messinin qol vurmasının qarşısını almaq üçün çox yolu müzakirə etmişik. Oyunçulardan birini dirəyin yanına qoyduq, digərinin yerdə uzanmasının çıxış yolu olduğunu düşündük. Bir sözlə, 20 mindən çox yola əl atdıq, amma heç birinin xeyri yoxdur. Bu üzdən ən məntiqlisi ona qarşı qaydanı pozamaqdır. Amma bu da mümkün olmur. Çünki bu cani bütün oyunçuları rahat keçməyi bacarır”.

Qeyd edək ki, "Leqanes" - "Barselona" oyunu noyabrın 23-də keçiriləcək.(qol.az)

Mənbə: offsideplus.az