Rinqə çıxan 33 yaşlı gözəl - FOTO

Rinqə çıxan 33 yaşlı gözəl - FOTO

UFC döyüşlərində qüsursuz vücuda sahib olan qızlar raundlar başa çatanda və mükafatlandırma mərasimlərində yarışa bəzək verirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlardan biri də Arianna Selestedir. Onun instaqramda 3,2 milyon izləyicisi var. Ariannanın bu sosial şəbəkədəki qazancı 1 milyon dolları keçib.

UFC döyüşlərində raundlar başa çatanda rinqdə dövr edən Arianna böyük populyarlıq qazanıb. Model xanımın əsl adı Penelope Lopesdir. Las Veqasda doğulan Lopesin valideynləri mesksikalı və filippinlidir.

20 yaşında UFC döyüşlərində halqa tutmaq üçün yollanan model 13 ildir bu işlə məşğuldur. 33 yaşlı xanım 2008, 2009, 2010, 2011, 2014 və 2015-ci illərdə "halqa" mükafatını qazanıb. Model bu göstəricidə rekordçudur. O, həm də məşhur jurnalların üz qabığlarında yer almaqla reklamdan böyük gəlir götürür. Arianna bəzi ulduz döyüşçülərlə yaxın dostdur.

Milli.Az

Mənbə: news.milli.az