Mbappenin 2 arzusu, 10 gün fərqlə

Mbappenin 2 arzusu, 10 gün fərqlə

Fransa millisinin forvardı Kilian Mbappe gələn il yığma komanda ilə 2 beynəlxalq turnirdə - Avro-2020 və Tokio Olimpiadasında oynamaq niyyətində olduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, PSG-nin ulduz oyunçusu "Fransa ilə Avro-2020-ni qazanmalıyam. Ancaq mən həmçinin Olimpiya Oyunlarında milli komandamızın bir hissəsi kimi oynamaq istərdim" deyib.

Maraqlıdır ki, Avro-2016-nın finalçısı Fransa yenə də həlledici görüşə çıxsa, oyunçu üçün iki turnir arasındakı fasilə cəmi 10 gün olacaq.

Mənbə: offsideplus.az