"Milan" və "İnter" holland futbolçu ilə maraqlanır

"Marsel"in yarımmüdafiəçisi Kevin Strotman yenidən A Seriyasına qayıda bilər.

Offsideplus.az "L'Equipe"yə istinadən xəbər verir ki, Fransa klubunun 29 yaşlı hollandiyalı oyunçunu satmağa hazır olduğu məlum olduqdan sonra "İnter" və "Milan" sabiq "Roma"lı oyunçu ilə maraqlanır. Rossoneri Strotmanı qışda transfer etmək istəyir. Yarımmüdafiəçinin "Marsel"lə müqaviləsi 2023-cü ilin iyununa qədərdir.

Qeyd edək ki, holland yarımmüdafiəçi Liqa 1-də cari mövsüm meydana çıxdığı 12 görüşdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev sakinlərlə növbəti səyyar qəbul keçirib

SONRAKI XƏBƏR

Azərbaycanda maraqlı mənzərə: İki rayonun bir İcra başçısı var - FOTOFAKT