Baş məşqçini yıxan kapitana ağır cəza - VİDEO

Almaniyanın “Ayntraxt” klubunun futbolçusu David Abraham cəzalandırılıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb 33 yaşlı müdafiəçinin Bundesliqanın 11-ci turunun “Frayburq”la matçında rəqib komandanın baş məşqçisi Kristian Ştrayxı vuraraq, yerə yıxması olub. Epizoddan sonra görüşün baş hakimi Abrahamı meydandan qovub.

Frankfurt təmsilçisinin kapitanı bu davranışına görə 7 oyunluq cəza alıb, eyni zamanda, 25 min avro da cərimələnib.

“Frayburq” – “Ayntraxt” oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Deputatlar 162 dəyişikliyə birinci oxunuşda “Hə” dedi

SONRAKI XƏBƏR

Ən iri süd istehsalçısı müflis oldu