"Valyadolid”in baş məşqçisi postuna namizəd müəyyənləşib.
Sport7.az xəbər verir ki, bu posta "Real”ın əfsanəsi Fernando Yerro gətirilə bilər. Mütəxəssisin xidmətində klubun sahibi olan braziliyalı əfsanə Ronaldo şəxsən maraqlıdır. O, hazırkı baş məşqçi Serxio Qonzalesi Yerro ilə əvəz etmək istəyir.
La Liqanın XXXV turundan sonra 17-ci sırada qərarlaşan "Valyadolid"in səhmlərinin 51 faizi Ronaldoya məxsusdu.
Mənbə: sport7.az