Türkiyə yığmasının 9 futbolçusu heyətdən çıxarılıb

Türkiyə yığmasının 9 futbolçusu heyətdən çıxarılıb

AVRO-2020-nin seçmə mərhələsində İslandiya ilə heç-heçə edərək final mərhələsinə vəsiqə qazanan Türkiyə yığmasının heyətində dəyişikliklər olub.

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Şenol Güneş 9 oyunçunu heyətdən çıxarıb. Bunlar Emre Belözoğlu, Burak Yılmaz, Cengiz Ünder, Cenk Tosun, Çağlar Söyüncü, Efecan Karaca, İrfan Can Kahveci, Mahmut Tekdemir və Mert Günokdur.

Komandanın əsas üzvlərinin yerinə yığmaya Andorra ilə oyun üçün U-21-in heyətindən Ahmet Kutucu, Berkay Özcan, Güvən Yalçın və Mert Müldür çağırılıb.

Qeyd edək ki, Türkiyə yığması noyabrın 17-də Andorranın qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Mənbə: report.az