AVRO-2020: Belçikadan darmadağın, San-Marino ilk qolunu vurdu

AVRO-2020: Belçikadan darmadağın, San-Marino ilk qolunu vurdu

AVRO-2020-nin seçmə mərhələsində IX turun son oyun günü başlayıb.

Apasport.az-ın məlumatına görə, Azərbaycan yığması sonuncu yeri tutduğu E qrupunda Uelslə qarşılaşıb.

Qalib gələn qonaqlar final mərhələsi şansını qoruyublar. G qrupunda Sloveniya Latviyanı bir qolla məğlub edib.

Üç oyunun keçirildiyi I qrupunda turnir cədvəlindəki qonşular görüşüblər. Artıq AVRO-2020-yə vəsiqə qazanan Rusiya və Belçikanın duelində sonuncular böyük hesabla qələbə qazanıblar. Darmadağına sevinən belçikalılar bununla da 1-ci yeri təmin ediblər.

Autsayderlərin görüşündə Qazaxıstan San-Marinonu darmadağın edib. Bu görüş “cırtdan”ların tsikldə ilk qolu vurması ilə əlamətdar olub. San-Marino bunadək seçmə mərhələnin qol vurmayan yeganə komandası idi. 3-cü yer uğrunda mübarizədə Şotlandiya Kiprə qalib gəlib və rəqibini turnir cədvəlində keçib.

Qeyd edək ki, tura saat 23:45-də başlayacaq matçlarla yekun vurulacaq.

AVRO-2020-nin seçmə mərhələsi
IX tur
16 noyabr

E qrupu
21:00. Azərbaycan – Uels – 0:2
Mur, 10, Uilson, 34

1

Xorvatiya

7

4

2

1

14-6

14

2

Macarıstan

7

4

0

3

8-9

12

3

Uels

7

3

2

2

8-6

11

4

Slovakiya

6

3

1

2

10-8

10

5

Azərbaycan

7

0

1

6

5-16

1

G qrupu
21:00. Sloveniya – Latviya – 1:0
Tarasov, 53 (avtoqol)

1

Polşa

8

6

1

1

13-2

19

2

Avstriya

8

5

1

2

17-7

16

3

Sloveniya

9

4

2

3

14-8

14

4

Ş.Makedoniya

8

3

2

3

10-11

11

5

İsrail

8

3

2

3

15-15

11

6

Latviya

9

0

0

9

2-28

0

İ qrupu
18:00. Kipr – Şotlandiya – 1:2
Efrem, 47 - Kristi, 12, Makqin, 53
21:00. San-Marino – Qazaxıstan – 1:3
Berardi, 77 - Zaynutdinov, 6, Suyumbayev, 22, Şetkin, 27
21:00. Rusiya – Belçika – 1:4
Cikiya, 79 - T.Azar, 19, E.Azar, 33, 40, Lukaku, 72
 

Mənbə: apa.az