Rayan Giqqz: "Azərbaycanın əvvəl yaxşı oyunları olub"

Rayan Giqqz: "Azərbaycanın əvvəl yaxşı oyunları olub"

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin qonağı olan Uels yığması Bakıdan 2:0 hesablı qələbə ilə ayrılıb. Apasport.az saytının məlumatına görə, britaniyalıların baş məşqçisi Rayan Giqqz oyunsonrası mətbuat konfransında fikirlərini bildirib.

O, öncə görüş barədə danışıb.

- Matçla bağlı ümumi fikirləriniz nədir?
- Hesab qənaətbəxşdir. Komandanın oyunundan razı qaldıq. Oyunda kifayət qədər təzyiq var idi. Amma komandadan məmnun qaldım.

- Səfər ürəyinizcə oldumu?
- Azərbaycanın bundan əvvəl yaxşı oyunları olub. Məsafə baxımından bura səfər heç də ürəkaçan deyil. Amma bu dəfə razı qaldıq.

- Ardıcıl iki çətin oyundan sonra bu gün çətinlik çəkmədiniz?
- Məncə, çətin oyun oldu. Macarıstan da bu gün istirahət edib. Növbəti oyunda bu amil rəqibə üstünlük verə bilər. Bu gün künc zərbələrindən düzgün yararlanmamaqdan razı qalmadım. Yayda bir qədər çətin idi, amma komanda artıq formadadır.

- Qaret Beyl və Remsi növbəti oyunda start heyətində yer alacaq?
- Hər ikisi peşəkar oyunçudur. Bu amili istisna etmirəm. Eyni anda meydana çıxa bilərlər.

Mənbə: apa.az