Giqqz: "Azərbaycan bu baxımdan asan rəqib deyil"

Giqqz: "Azərbaycan bu baxımdan asan rəqib deyil"

AVRO-2020-nin seçmə qrup mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Uels matçından sonra baş məşqçilərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Offsideplus.az xəbər verir ki, ilk olaraq, qonaqların baş məşqçisi Rayan Giqqz media qarşısına çıxıb.

45 yaşlı mütəxəssis oyunla bağlı bunları deyib:

- Oyun barədə təəsüratlarınız necədir?

- Həm fərdi, həm də komanda oyunundan razı qaldım. Oyunda müəyyən çatışmazlıqlar vardı, ancaq ümumi götürəndə həm oyun, həm də nəticə qane etdi.

- Komandanın səfərdə çıxışı sizi qane etdimi?

- Azərbaycan bizim üçün məsafə baxımından asan rəqib deyil. Yığma olaraq da eyni şeyi demək olar, son oyunlarda bizim komanda, Xorvatiya və Macarıstan oyunlarında yaxşı çıxış edib. Səfəri uğurlu hesab edirəm.

- Ardıcıl 2 çətin oyundan sonra bu oyun sizə asan gəlmədi?
- Elə deməzdim. Komanda oyunu ilə formada olduğunu göstərdi. Hər oyunun öz çətinliyi olur. Bu gün əsas narazılığım standart vəziyyətlərlə bağlı oldu.

- Beyl və Remzi çərşənbə günü hər 2-si əsas heyətdə meydana çıxa bilərlər?

- Onların hər ikisi çox istedadlı oyunçudur. Əsas heyətdə meydana çıxmaları istisna olunmur.

- Remzinin bu gün əsas heyətə salmamaqla risk etmək istəmədiniz?
- Biz çalışırıq ki, yeni gələn futbolçu komandaya uyğunlaşa bilsin. Bu gün Remziyə istirahət verdiyimizi demək olar.

Mənbə: offsideplus.az