Azərbaycan badmintonçusu Edi Reski Dviçayo “Cameroon International 2019” turnirinin finalına vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, mübarizəyə səkkizdəbir final mərhələsindən başlayan badmintonçumuz ilk görüşdə əlcəzairli Mohamed Əbdüləziz Oçefounu 2:0 hesabı ilə udub. Növbəti mərhələdə Nigeriya idmançısı Qodvin Olofuanı 2:0 hesabı ilə məğlub edən E.Dviçayo yarımfinalda belçikalı Maksim Morelsi 2:1 hesabı ilə üstələyərək finala yüksəlib. O, finalda Avstriya təmsilçisi Luka Vraberlə mübarizə aparacaq.
Qeyd edək ki, turnirdə 29 kişi və qadın badmintonçu iştirak edir.
Mənbə: azertag.az