“Gilan Holding” sponsorluğu dayandırır - Daha bir klubumuz tarixə qovuşa bilər

“Gilan Holding” sponsorluğu dayandırır - Daha bir klubumuz tarixə qovuşa bilər

Azərbaycan Kubokunun qalibi olan "Qəbələ" sponsorsuz qalır.

"Yeni Sabah" xəbər verir ki, klubun baş himayədarı olan "Gilan Holding" 2020-ci ilin yanvarın 1-də maddi sponsorluğunu dayandıracaq. 

Bununla da "Qəbələ" cari mövsümün ikinci yarısına planlaşdıırlan bütün büdcədən məhrum qalacaq.

Niyə "Gilan Holding" sponsorluğu məhz yanvardan dayandıracaq? Məsələ ondadır ki, futbolda klubun büdcəsi mövsüm üçün müəyyənləşdirilsə də, "Gilan Holding" kimi kommersiya təşkilatlarında illik tərtib olunur. Yəni, yanvarın əvvəlindən dekabrın sonunadək. Buna görə də "Qəbələ" artıq qış fasiləsində tarixin yaddaşına köçə bilər. 

Bu xəbər o səbəbdən daha çox üzücüdür ki, klubun Futbol Akademiyası yetərincə uğurlu fəaliyyət göstərir. "Qəbələ"nin bir çox yetirməsi aparıcı klublarımzın şərəfini qoruyurlar, həmçinin ölkənin bütün yaş qruplarında təmsil olunurlar.

Xatırladaq ki, əsası 1995-ci ildə qoyulan "Qəbələ" 2006-cı ildən fasiləsiz Premyer Liqada çıxış edir. "Qırmızı-qaralar" Azərbaycanda ardıcıl 2 il Avropa Liqasında mübarizəyə ilk mərhələdən başlayaraq qrupa düşən yeganə klubdur.

Mənbə: yenisabah.az