Sumqayıtlı əməkdar məşqçinin qaraciyəri dəyişdirilməlidir - FOTO

Sumqayıtlı əməkdar məşqçinin qaraciyəri dəyişdirilməlidir - FOTO

Əməkdar məşqçinin qaraciyəri dəyişdirilməlidir.

Xeberle.com xəbər verir ki, boks idman növü üzrə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Kamal Ələkbərov səhhəti ilə bağlı ciddi problemlə üzləşib.

Bakıda öd əməliyyatı olan 42 yaşlı əməkdar məşqçi bütün müayinə və analizlərdən keçdikdən sonra qaraciyərində də ciddi problemlər olduğu aşkar olunub. K. Ələkbərov saytımıza bildirib ki, onun qaraciyəri dəyişdirilməlidir: "Bunun üçün müsbət rezuslu II qrup qan qrupu olan donora və maddi yardıma ehtiyacım var. Əməliyyatın həyata keçirilməsi üçün isə 80-100 min manat arası vəsaitə ehtiyac var. Ümid edirəm ki, Azərbaycan xalqı mənə bununla bağlı dəstək olacaq ".

Qeyd edək ki, K. Ələkbərov 1988-ci ildən Sumqayıt şəhər 1 saylı Uşaq-Gənclər İdman Məktəbində boks idman növü ilə məşğul olmağa başlayıb. Bir sıra turnirlərin qalibi olan K. Ələkbərov 2012-2019-cu illərdə isə şəhər yığma komandasının baş məşqçisi olub. O, "Dinamo" yığma komandasında da 4 il baş məşqçi olub.

K. Ələkbərov 2012-ci ildən əməkdar məşqçidir.

Xədicə Səxavətqızı

Xeberle.com

Mənbə: xeberle.com