Maradona “Ximnasiya Esqrima” klubundan ayrıla bilər

Maradona “Ximnasiya Esqrima” klubundan ayrıla bilər

Argentina futbolunun əfsanəsi Dieqo Maradona baş məşqçisi olduğu “Ximnasiya Esqrima” klubundan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, 59 yaşlı mütəxəssisin gözlənilən istefasına səbəb prezident dəyişikliyinin qaçılmaz olmasıdır.

D.Maradona indiki klub rəhbəri Qabriel Pelleqrinonu dəstəklədiyini açıqlayıb. O bildirib ki, funksioner klubdan ayrılsa, postunu tərk edəcək.

Q.Pelleqrino isə qarşıdakı seçkilərdə namizədliyini irəli sürməməyə qərar verib. Prezidentin belə addımından sonra mütəxəssisin “Ximnasiya Esqrima”da qalıb-qalmaması da sual altına düşüb. Onun ilin sonunadək postunu tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, D.Maradona bu ilin sentyabrında kluba baş məşqçi təyin olunub. O, mövsümün sonunadək müqavilə imzalayıb. 13 turdan sonra 10 xal toplayan “Ximnasiya Esqrima” Argentina çempionatında 22-ci pillədə qərarlaşıb.

Mənbə: apa.az