Messi driblinq göstəricilərində Ronaldu və Neymarı geridə qoyub

Messi driblinq göstəricilərində Ronaldu və Neymarı geridə qoyub

İspaniyanın “Barselona” komandasının kapitanı Lionel Messi Top-5 liqalarında ən çox dirblinq edən futbolçudur.

“Report” xəbər verir ki, “Opta” şirkətinin 2006/07 mövsümündən etibarən apardığı hesablamalara əsasən, 32 yaşlı argentinalı hücumçu 13 il ərzində 1880 driblinq edib və onlardan 57,2 faizi uğurlu olub.

İkinci sırada İspaniyanın “Real Madrid” klubunun oyunçusu Eden Azar qərarlaşıb. 28 yaşlı belçikalı hücumçunun 1220 dirblinqindən 57,1 faizi rəqibi keçməklə nəticələnib.

“Üçlüy”ü İtaliya “Fiorentina”sından Frank Riberi qapayır. 36 yaşlı fransalı vingerin 939 driblinqindən 47,9 faizi uğurlu alınıb.

İtaliya “Yuventus”unun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu 5-ci (816, 44 faiz), fransanın PSJ komandasının braziliyalı forvardı Neymar isə 10-cu yerdə (734, 50 faiz) qərarlaşıb.

Mənbə: report.az