"Qarabağ"ın futbolçusu Çexiya üzərində qələbəni kənardan izlədi

"Qarabağ"ın futbolçusu Çexiya üzərində qələbəni kənardan izlədi

AÇ-2020-nin seçmə mərhələsinin 10-cu turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan milli komandası evdə Çexiyanı 1:0 hesabı ilə məğlub edib.

Zədəsini sağaldan Slavçev qarşılaşmanı ehtiyat oyunçular skamyaslndan izləyib.

Bolqarıstan seçmə mərhələni 6 xalla tamamlayıb və 5 komanda arasında 4-cü olub. İngiltərə və Çexiya milliləri final mərhələsinə adlayan kollektivlər olub.

Mənbə: news.milli.az