Region lİqası: “Uğur” və “Şahdağ ” komandaları liderliyi bölüşür

Region lİqası: “Uğur” və “Şahdağ ” komandaları liderliyi bölüşür

Qusar, 18 noyabr, Elxan Yusifli, AZƏRTAC

Qusarın “Şahdağ” futbol klubu Azərbaycan Region Liqasının IV turunun oyunları çərçivəsində növbəti qələbəsini qazanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, paytaxt və şimal zonası qrupunda keçirilən qarşılaşmada “Şirvanovka” komandası ilə qarşılaşan qusarlılar rəqibini 1:0 hesabı ilə məğlub edib.

Qubanı təmsil edən “Şahdağ” klubu da turu qələbə ilə başa vurmağı bacarıb. Qubalılar “Qusar” kollektivinə 2:1 hesabı ilə qalib gəlib.

Turun digər oyunlarında Sumqayıtın “Uğur” komandası “Xudat” kollektivini 7:2, “İrəvan” isə “Qardaşlar” komandasını 8:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Hazırda qrupa keçirdikləri bütün oyunlarda qalib gələn “Uğur” və “Şahdağ ”(Qusar) komandaları başçılıq edirlər.

Mənbə: azertag.az