Millimizlə oyun öncəsi Slovakiyada daha bir itki

Millimizlə oyun öncəsi Slovakiyada daha bir itki

Slovakiya millisi AÇ-2020-nin seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi növbəti itki ilə üzləşib.

“Yeni Sabah” xəbər verir ki, yığmanın qapıçısı Dominik Qreyf matçda iştirak edə bilməyəcək. Çiynində ağrıları olan "Slovan"ın qolkiperiheyətdən çıxarılıb. Təcrübəli əlcək sahibini "Jilina"da çıxış edən Dominik Holek əvəzləyib.

Qeyd edək ki, Slovakiya - Azərbaycan qarşılaşması sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xatırladaq ki, Xorvatiya ilə görüşdə qırmızı vərəqə alan yarımmüdafiəçi Robert Mak da cəzalı duruma düşdüyündən matçı buraxmalı olacaq.

 

Mənbə: yenisabah.az