Slovakiya - Azərbaycan oyununun keçiriləcəyi şəhərdə hərəkət məhdudlaşdırılacaq

Slovakiya - Azərbaycan oyununun keçiriləcəyi şəhərdə hərəkət məhdudlaşdırılacaq

Slovakiya və Azərbaycan milliləri arasında keçiriləcək AVRO-2020-nin oyunu ilə əlaqədar Trnava şəhərində hərəkət məhdudlaşdırılacaq.

"Report"un məlumatına görə, bu barədə Trnava bələdiyyəsi açıqlama yayıb.

Bildirilir ki, stadiona aparan Sportivnaya küçəsi tam, 400 metr uzunluğundakı Kollarov küçəsi qismən bağlanacaq. Kollarovda yalnız parklama yerlərinə giriş qapanacaq. Məhdudiyyət noyabrın 19-da saat 9:00-dan 24:00-dək qüvvədə olacaq.

Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Mənbə: report.az