Amerikalı MMA döyüşçüsü: Həbib Tonini on görüşdən səkkizində döyər

Amerikalı MMA döyüşçüsü: Həbib Tonini on görüşdən səkkizində döyər

Amerikalı MMA döyüşçüsü Dastin Puarye “Twitter”də azarkeşlərinin suallarını cavablandırıb.

Puarye maraqla gözlənilən Həbib Nurməhəmmədov - Toni Ferqusonun döyüşü barədə də proqnozunu açıqlayıb.

- Aralarında on döyüş keçirilsə, Həbib Tonini neçə dəfə məğlub edər?

- Səkkiz.

- Hansı döyüşçünün çıxışını izləməyi daha çox sevirsən?

- Lomaçenko.

- Sənin bütün zamanlar üçün sevdiyin film hansıdır?

- “Böyük Lebovski” filmi.

- Necə düşünürsən, Həbibi döymək şansı kimdər daha çoxdur: Tonidə, yoxsa Castin Qetcidə?

- Castin Qetcidə.

Mənbə: www.oxu.az