Slovakiya millisi Azərbaycan yığması ilə oyunda birinci hissəni öz xeyrinə başa vurub

Slovakiya millisi Azərbaycan yığması ilə oyunda birinci hissəni öz xeyrinə başa vurub

Bakı, 20 noyabr, AZƏRTAC

Futbol üzrə “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində keçirilən Slovakiya-Azərbaycan oyununun birinci hissəsi başa çatıb.

AZƏRTAC xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinskiy stadionunda keçirilən oyunda hesabı meydan sahibləri açıblar. Belə ki, matçın 19-cu dəqiqəsində Robert Bojenik fərqlənib. Komandaların cəhdlərinə baxmayaraq birinci hissənin sonunadək hesab dəyişməyib.

Beləliklə, Slovakiya millisi fasiləyə 1:0 hesablı üstünlüklə yollanıb.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanan oyunu ukraynalı hakimlər idarə edir.

Mənbə: azertag.az