"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırıb

"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırıb

Super Liqa təmsilçilərindən “Qalatasaray”da ayrılıq baş verib.

Klub Serji Oliveyra ilə yollarını ayırıb.

Bunu "sarı-qırmızılar"ın mətbuat xidməti açıqlayıb.

Daha öncə onun karyerasını Yunanıstanda davam etdirəcəyi məlum olmuşdu. Yarımmüdafiəçinin "Olimpiakos"la razılığa gəldiyi bildirilir.

Qeyd edək ki, Pirey təmsilçisi Avropa Liqasının Liqa mərhələsində 2025-ci il, yanvarın 30-da “Qarabağ”ı qəbul edəcək.

Mənbə: apa.az