Paytaxtın ən güclüsü UGİM oldu - VİDEO

Paytaxtın ən güclüsü UGİM oldu - VİDEO

2006-2007-ci il təvəllüdlü qızlar arasında voleybol üzrə Bakı birinciliyinə yekun vurulub.

6 komandanın mübarizə apardığı yarış UGİM-in zəfəri ilə yekunlaşıb. Son turda Azərreylin 1-ci komandasını 2-0 hesabı ilə üstələyən UGİM, baş mükafata sahib çıxıb.

Dəmiryolçular isə gümüş medallara yiyələnib. Azəri kollektivini 2-0 hesabı ilə məğlub edən Abşeron birinciliyi 3-cü pillədə başa vurub.

Azəri, Xətai və Azərreylin 2-ci komandası yarışı mükafatsız bitirib.

Qeyd edək ki, birincilik dairəvi sistem üzrə keçirilib.

Mənbə: www.realtv.az