Qana futbolunun 'Sonuncu Mogikanı'

Qana futbolunun 'Sonuncu Mogikanı'

Bütün Afrikada olduğu kimi Qanada da futbol ən məşhur idman növüdür. Amma ötən il Qanada baş vermiş qalmaqallı hadisələr ‘gözəl oyun’a kölgə salaraq matçların ləğv olunması və bəzi klubların qapılarını bağlaması ilə nəticələnmişdi. Lakin yalnız bir açıq qalan bir klub sadəcə futbolu tanıtmaq deyil, eyni zamanda gəncləri küçələrdən uzaq tutmağa çalışdı.

Qana futbolu hakimlərin oyunların nəticələrinə təsir etmək üçün rüşvət aldıqları təsdiqlənəndən sonra korrupsiya qalmaqalı ilə sarsıldı.

Qana Futbol Assosiasiyası (QFA) idmanın təmizliyi uğrunda mübarizə apardığı və bəzi futbol klublarının qapılarını bağladığı bir vaxtda, Shooting Stars Football Club gənc oyunçulara məşq, ev və dəstək verməyə davam etdi.

Shooting Stars klubunun təsisçisi İsaak Ansah.

"Çıxdığımız kiçik yolda futbolumuzun hələ də oynanıldığına əmin olmağa çalışırıq. Son iki ildə Qanadakı əksər klublar bağlandılar. Niyə? Çünki davam etməyən və dəstəklənməyən bir şeyə pul xərcləməyə davam edə bilməzsiniz. Buna görə də futbolçular evdə otururlar. Evdə otururlarsa nə edirlər? Problemləri yaranacaq və küçələrdə qalacaqlar", deyə İsaak Ansah mövcud durumu dəyərləndirib.

Qalmaqal bir çox qanalı futbolçunu başqa işlər görməyə və ya ölkəni başqa klublara keçməklə tərk etməyə vadar etdi.

Amma təsisçilərin dostlarının, ailəsinin və bəzi müəssisələrin yardımları ilə Shooting Stars 17 yaşlı Emmanuel Kyei Baffur kimi futbolçulara Qanada məşqlərini davam etdirməyə kömək edə bildilər.

Çoxları avropalı rəqiblərinə nisbətən daha zəif təmələ sahib olsa da komanda, gənclərin Avropadakı seçim oyunlarında bacarıqlı olmalarına kömək etdi.

Bəzi Avropa klubları hətta Shooting Stars klubunun futbolçularını sıralarına qatdılar.

QFA-nın islahatlarının bir hissəsi yeni prezident seçmək idi. Qanalı vəkil Amanda Klinton təklifinin uğursuz olmasına baxmayaraq mübarizə aparmaq istəyən yeganə qadın idi.

Klinton, bütün istedadlı oyunçuların oyunda uğur qazandıqlarına əmin olmağın vacib olduğunu söyləyir.

"Futbol həqiqətən dünya miqyasında yaxşı bir səviyyəyə gəlib. Onlar dövrümüzün qladiatorlarına bənzəyir – imkanı olmayan və fərqlilik yaradan insanlar üçün çox yaxşı bir fürsətdir ", deyə Amanda Klinton məsələyə münasibət bildirib.

Shooting Stars klubunun Ansah, gənc oyunçuların daha çox dəstəyə ehtiyacı olduğunu söylədi. O, Shooting Stars klubunu həm meydanda, həm də təhsildə daha da inkişaf etdirmək istəyir. Onun əsas məqsədi oyunçuların beynəlxalq arenada diqqət mərkəzində görmək və Qanada qalan futbolçulara daha yaxşı dəstək olmaqdır.

Mənbə: www.amerikaninsesi.org