"Liverpul"da ağır itkilər

"Liverpul"da ağır itkilər

"Liverpul" klubunun futbolçuları Məhəmməd Salah və Endru Robertson İngiltərə Premyer Liqasının 13-cü turunda "Kristal Pelas"la oyunu buraxacaqlar.

Offsideplus.az xəbər verir ki, buna səbəb onların zədələrinin sağalmamasıdır. Bərpa müddəti davam edən oyunçuların adı "Kristal Pelas"la matç üçün heyətdən çıxarılıb.

Qeyd edək ki, "Kristal Pelas" - "Liverpul" görüşü noyabrın 23-ü keçiriləcək.

Mənbə: offsideplus.az