Türkiyə klubunun rusiyalı futbolçusu itib

Türkiyə klubunun rusiyalı futbolçusu itib

Türkiyənin “Ankaragücü” klubunun futbolçusu Zaur Sadayev itib.

Apasport.az saytının məlumatına görə, bunu paytaxt təmsilçisinin məşqçisi Muatafa Kaplan açıqlayıb.

O bildirib ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə istirahətə buraxılan 30 yaşlı hücumçu geri dönməyib: “Biz onunla əlaqə saxlaya bilmirik. 7-8 gün keçsə də, hələ də gəlməyib. Biz onu tapa bilmədiyimizdən azarkeşlərə izah verməyi zəruri saydıq”.

Qeyd edək ki, 2019-cu ilin fevralında Ankara klubuna keçən Z.Sadayev əvvəllər vətənində “Axmat”, Polşada “Lex” və “Lexiya”da, İsraildə “Beytar”da oynayıb.

Mənbə: apa.az