Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir

Sərbəst güləş yığmamızın Dağıstanda təlim-məşq toplanışı davam edir

Bakı, 21 noyabr, AZƏRTAC

Xəbər verdiyimiz kimi, sərbəst güləş yığmamız noyabrın 11-dən Dağıstanda təlim-məşq toplanışı keçir.

AZƏRTAC xəbər verir ki, Mahaçqalada keçirilən hazırlıq prosesi noyabrın 23-dək davam edəcək. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərlik etdiyi komandamız yerli güləşçilərlə birgə təlim-məşq toplanışında iştirak edir.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun da səfər etdiyi Mahaçqaladakı hazırlıq prosesi həm fiziki, həm də taktiki-texniki çalışmalardan ibarətdir.

Mənbə: azertag.az