“Yuventus” rusiyalı futbolçunun keçidini razılaşdırıb

“Yuventus” rusiyalı futbolçunun keçidini razılaşdırıb

Rusiyanın “Lokomotiv” klubunun futbolçusu Aleksey Mirançuk karyerasını “Yuventus”da davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi 24 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı razılıq əldə edib.

Razılaşmaya əsasən, futbolçunun keçidi 2020-ci ilin yayında gerçəkləşməlidir. “Ağ-qaralar” A.Mirançuk üçün 40 milyon avro ödəməli olacaqlar.

Qeyd edək ki, “dəmiryolçular” la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq rusiyalıya “Atletiko”, “Mançester Yunayted” və “Zenit” də maraq göstərir.

Mənbə: apa.az