Alman klubundan "Barış pınarı"na dəstək verən futbolçu ilə bağlı şok qərar

Alman klubundan "Barış pınarı"na dəstək verən futbolçu ilə bağlı şok qərar

Almaniyanın “Sankt Pauli” klubu türk futbolçusu Enver Cenk Şahinlə olan müqaviləsinə xitam verib.

Offsideplus.az xəbər verir ki, müqaviləyə qarşılıqlı razılıq əsasında son verilib.

Qeyd edək ki, 25 yaşlı futbolçu Türkiyənin Suriyadakı "Barış pınarı" hərəkatına dəstək olduğu üçün ötən ay heyətdən kənarlaşdırılmışdı. Oyunlarda və məşqlərdə iştirak etmək hüququndan məhrum edilən yarımmüdafiəçi isə Türkiyəyə qayıtmaq məcburiyyətində qalmışdı.

Mənbə: offsideplus.az