Messi 15 yaşı tamamlanan futbolçu pərəstişkarına hədiyyə göndərib - VİDEO

Messi 15 yaşı tamamlanan futbolçu pərəstişkarına hədiyyə göndərib - VİDEO

Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Yussufa Mukoko ad gününə İspaniya "Barselona"sının forvardı Lionel Messidən hədiyyə alıb.

"Report"un məlumatına görə, 15 yaşı tamamlanan hücumçu pərəstiş etdiyi Messidən portret, bir neçə foto və təbrik açıqlamasından ibarət böyük lövhə alıb. Mukoko hədiyyələri paylaşaraq, öz kumirinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Yussufa Mukoko hazırda "Borussiya"nın U-19 komandasında forma geyinir. Bu mövsüm vunderkind Almaniya Gənclər Liqasındakı 11 oyuna 8 qol və 6 məhsuldar ötürmə müəllifi olub. O, gənclər arasında Çempionlar Liqasında isə İtaliya "İnter"ini məyus edib

 

Mənbə: report.az