AFFA Yurçeviçi göndərir - Baş katibdən anons + Video

AFFA Yurçeviçi göndərir - Baş katibdən anons + Video

AFFA-nın baş katibi Elxan Məmmədov yığmamızın baş məşqçisi Nikola Yurçeviçin millimizdəki gələcək taleyinə aydınlıq gətirib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan Radiosu və İdman TV-nin ortaq yayımında "Extra Time" verlişində qonaq olan federasiya rəsmisi AFFA-nın Yurçeviçin göstərdiyi nəticələrdən razı olmadığını bildirib.

Elxan Məmmədov dolayı yolla xorvatiyalı mütəxəssislə başa çatan müqavilənin yenilənməyəcəyini açıqlayıb:

"Yurçeviçin qarşısına qoyulan məqsəd qrupda sonuncu olmamaq və yuxarı pillələrdə qərarlaşmaq idi. Təbii ki, birinci yeri nəzərdə tutumurduq. Deyilmişdi ki, bu, bizim AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmaq üçün son şansımız idi. AFFA rəhbərliyi bu nəticədən razı deyil. Onsuz da Yurçeviçin bizimlə olan müqaviləsi başa çatır. Yaxşı nəticə olsaydı, yenidən danışıqlara başlamalıydıq. Son qərarı İcraiyyə Komitəsi verəcək. Mən sizə hazırkı durumu dedim".

Mənbə: qafqazinfo.az