Xorvatiya millisinin və “Real Madrid” klubunun futbolçusu Luka Modriç Çempionlar Liqasının tarixinə düşüb.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, o, buna Liqa mərhələsinin ilk turunda “Ştutqart”la oyunda nail olub.
Belə ki, xorvatiyalı yarımmüdafiəçi 70-ci dəqiqədə meydana daxil olub və 83-cü dəqiqədə isə Antonio Rüdigerə məhsuldar ötürmə edib.
Bununla da Modriç turnirdə assist edən ən yaşlı (39 yaş 8 gün) 3-cü futbolçu olub.
Modriçdən əvvəl ÇL-də məhsuldar ötürmə edən ən yaşlı futbolçular Amedeo Karboni (39 yaş 176 gün) və Rayan Giqqz (39 yaş 363 gün) idi.
Mənbə: qafqazinfo.az