F1 dünya çempionu “Baja 1000” ralli-reydində 17 saat səhrada qalıb

F1 dünya çempionu “Baja 1000” ralli-reydində 17 saat səhrada qalıb

Bakı, 27 noyabr, AZƏRTAC

2009-cu il Formula 1 üzrə dünya çempionu, britaniyalı yürüşçü Censon Batton Meksikada keçirilən “Baja 1000” ralli-reydində debütünə çox uğursuz başlayıb.

AZƏRTAC xəbər verir ki, britaniyalı pilot avtomobilində yaranmış nasazlıq ucbatından öz şturmanı ilə birlikdə 17 saat səhrada qalmalı olub.

“GPBlog” portalı Battonun bu insidentlər bağlı sözlərinə yer verib: “Məsafənin 378-ci kilometrində biz taqqıltı eşitdik və maşınımızda sükanın funksiyasını yerinə yetirə bilmədik. Diferensial sıradan çıxmışdı. Həm də biz start və finişdən çox uzaqda ilişib qalmışdıq. Nəticədə orada 17 saat gözləməli olduq.

Digər yürüşçülər dayanaraq zarafatla xahiş edirdilər ki, onların maşınını faralarını silək. Yaxşı ki, özümüzlə elektron kiçik batonlar götürmüşdük. Biz ocaq qaladıq, amma yanımızda təkcə balaca çubuqlar vardı. Hərçənd biz Terri Medenlə bir-birimizə müxtəlif hekayələr danışırdıq və onların hamısı “bu, Bajadır” sözləri ilə qurtarırdı. Bu həyat təcrübəsi uzun müddət yaddaşımdan silinməyəcək”.

Mənbə: azertag.az