"Qarabağ"ın Avropa Liqasındakı rəqibi futbolçusu ilə müqavilə müddətini uzadıb

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi futbolçusu ilə müqavilə müddətini uzadıb

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos" (Yunanıstan) futbolçusu ilə müqavilə müddətini uzadıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, sağ cinah müdafiəçisi Rodiney daha 3 il Pirey təmsilçisinin şərəfini qoruyacaq.

Braziliyalı futbolçu 2022-ci ildən bu klubun şərəfini qoruyur.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il yanvar 30-da səfərdə qarşılaşacaq.

Mənbə: report.az