Kikboksinq üzrə Bərdə rayon birinciliyinin qalibləri məlum olub

Kikboksinq üzrə Bərdə rayon birinciliyinin qalibləri məlum olub

Bərdə, 2 dekabr, AZƏRTAC

Bərdə rayonunda kikboksinq üzrə uşaq, yeniyetmə və gənclər arasında keçirilən rayon birinciliyinin qalibləri məlum olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 117 idmançı iştirak edib. Əvvəlcə Azərbaycanın dövlət himni oxunub. Bərdə rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək, ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Birincilik yarışın baş hakimi Rəvan Şahbazovun rəhbərliyi ilə 5 nəfərdən ibarət hakimlər briqadası tərəfindən idarə olunub. Gərgin mübarizə şəraitində keçən yarışın qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.

Mənbə: azertag.az